fim.az

Beyləqanın yeni icra başçısı kimdir? — DOSYE

31-10-2018, 10:00

Beyləqanın yeni icra başçısı kimdir? — DOSYE















Azərbaycan Prezidenti İlham Əliyev Asif Əzizağa oğlu Ağayevi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2013-cü il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu gündən isə Beyləqan rayonunun icra başçısıdır.

YAP-nın üzvüdür. Evlidir, 2 övladı var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 475}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22