» » Paşinyanın Ermənistanı xilas etməsi üçün BİR YOLU VAR, YOXSA...

Paşinyanın Ermənistanı xilas etməsi üçün BİR YOLU VAR, YOXSA...

Paşinyanın Ermənistanı xilas etməsi üçün BİR YOLU VAR, YOXSA...















“Prezidentin çıxışında çox düzgün bir fikir var: Ermənistanın hazırkı hakimiyyəti də ağlını başına yığmalıdır, keçmiş hakimiyyətin fəaliyyətini təhlil edərək özü üçün nəticə çıxarmalıdır. Onlar artıq başa düşməlidir ki, əgər Ermənistan təcrid olunmuş vəziyyətdən çıxmaq istəyirsə, o zaman konkret addımlar atmalıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı etdiyi çıxışda Ermənistana verdiyi ultimatumları şərh edərkən deyib.

Paşinyanın Ermənistanı xilas etməsi üçün BİR YOLU VAR, YOXSA...











Politoloq bildirib ki, cənab İlham Əliyev bir daha Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dəqiq və ətraflı mövqeyini ortaya qoyub:

“Burada bir neçə əsas məqam var: erməni xalqı faktiki olaraq keçmiş hakimiyyəti ona görə devirdi ki, onların idarəetməsi dövründə Ermənistan artıq dalana dirənmişdi və nə xarici, nə də daxili siyasətdə heç bir nailiyyət əldə edə bilirdi. Prezidentin çıxışında çox düzgün bir fikir var: hazırkı hakimiyyət də ağlını başına yığmalıdır, keçmiş hakimiyyətin fəaliyyətini təhlil edərək özü üçün nəticə çıxarmalıdır. Onlar artıq başa düşməlidir ki, əgər Ermənistan təcrid olunmuş vəziyyətdən çıxmaq istəyirsə, o zaman konkret addımlar atmalıdır. Azərbaycan torpaqlarını tərk etməyə başlamalıdır. Dağlıq Qarabağ məsələsində konkret mövqe tutmalıdır, güzəştə getməlidir. Bu fikirlər real vəziyyəti tamamilə əks etdirir. Düşünürəm ki, prezidentimizin çıxışında səslənən fikirlər İrəvanda eşidilməli və diqqətdə saxlanılmalıdır. Əgər onlar düzgün nəticə çıxarsalar, münaqişə formatımızda irəliləyiş əldə olunar. Hər şey onlardan asılıdır. Əgər onlar yenə bu siyasi kursa sadiq qalsalar və yenə o münaqişə vəziyyətindən çıxmaq istəməsələr, daha ağır zərbələrə məruz qalacaqlar. Aprel hadisələri bu zərbələrə əyani sübutdur. Dövlət başçısı bu hadisələri xüsusilə vurğulayaraq qeyd etdi ki, Ermənistan 2016-cı ilin təkrarını yaşamaq istəmirsə, düşünməlidir.

Ermənistanın hazırkı siyasəti, çox güman ki, seçkilərdən sonra daha qabarıq şəkildə bəlli olacaq. Hələlik, Paşinyan çabalayır. Onun dəqiq siyasi kursu hələ aydın deyil. Qərblə Rusiya arasında manevrlər edir. Görünür, bu seçkilər ərəfəsində yeni reytinq əldə edə və yeni seçicilər toplaya bilər. Seçkilərdən sonra artıq onun istiqaməti dəqiq bəlli olmalıdır. Paşinyan istəyirsə Ermənistanı mövcud durumdan çıxarsın, devirdiyi keçmiş hakimiyyətin addımlarını təkrar etməməlidir. Xüsusilə, xarici siyasətdə. Bütün beynəlxalq layihələrdən təcrid olunan ölkədə inkişafdan söhbət gedə bilməz. Onun iki dövlətlə sərhədləri bağlıdır, biri ilə hərbi münaqişəsi var. Faktiki olaraq dünyaya çıxış yolu yoxdur. İrana isə sanskiyalar tətbiq edilir və ondan kömək gözləmək olmaz. Ona görə düşünürəm ki, Yeni Ermənistan uzun illər ərzində münaqişə vəziyyətini qəbul edən hakimiyyətin yolu ilə gedəcəksə, yeni hökuməti də Sarkisyanın taleyi gözləyir”.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət