fim.az

“1000 bərəkət, halal nemət”dən min hoqqa - İTTİHAM

9-11-2018, 13:59

“1000 bərəkət, halal nemət”dən min hoqqa - İTTİHAM














Hansı mağazaya daxil oluruqsa, orada müxtəlif çeşiddə kolbasa məhsullarına rast gəlirik.

Şirkətin “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosiska məhsulları qoca, südsüz inəklərin ətindən hazırlanır.Bəziləri halal adı altında satılır lakin insanların çoxu üzərində halal yazılmış məhsulları almır.Çünki hər kəs bilir ki, ölkədə halal standartı üzrə məhsul istehsal olunmur.Çeşidlərin çoxluğu isə alıcılara kolbasa seçməkdə çətinlik yaradır.Çox zaman satıcının məsləhətinə qulaq asaraq kolbasa alırıq.Ümumiyyətlə, kolbasa istehsalı ciddi məsələlərdən biridir.Bu baxımdan da istehlakçılar kolbasa seçərkən diqqətli olmalıdırlar.Nəzərə alsaq ki, kolbasa ətdən və ət məhsullarından hazırlanır.Ona görə də kolbasanın qiyməti ətlə müqayisədə baha olmalıdır.Lakin satışda kifayət qədər ucuz kolbasalar da mövcuddur.Bu da vətəndaşlarda kolbasının keyfiyyətiylə bağlı şübhələr yaradır.Qida mütəxəssislərinin sözlərinə görə, kolbasa və sosiska məhsullarının reklam edilməsi düzgün deyil.Kolbasa və sosiskanı reklam etmək çox təhlükəlidir.Hələ 1970-ci ildən ictimaiyyətə məlumdur ki, onkoloji xəstəliklərin yaranmasının ən əsas səbəblərindən biri məhz kolbasadır. Bu səbəbdən bunun reklamı və insanların belə mənşəyi bilinməyən məhsullarla qidalanması çox təhlükəlidir.Hər bir kolbasanın üzərində standartlara uyğun olaraq, hansı xammaldan hazırlanması, necə qablaşdırılması, hansı şəkildə saxlanılması, istifadə müddəti qeyd edilməlidir.Bu gün bazarda bir çox şirkətlərin kolbasaları var ki, onlarla bağlı kifayət qədər narazılıqlar var. Bunlardan biri də “Səhliyalı” firmasının istehsal etdiyi “Halal nemət min bərəkət” kolbasa məhsullarıdır.Əldə etdiyimiz məlumatlara görə “Səhliyalı” firması kolbasa məhsullarını xaricdən gətirdikləri ətin əsasında hazırlayır.Mənbə bildirir ki, xaricdən gətirilən ətlər laboratoriyada yoxlanılmır.Ona görə də bu gün”Səhliyalı” firmasının istehsal etdiyi məhsulların keyfiyyətiylə bağlı kifayət qədər narazılıqlar mövcuddur.Xaricdən gətirilən ətin yoxlamadan keçməməsi isə bir sıra şübhələrin yaranmasına səbəb olur.Belə ki, ətin xəstə və ya sağlam olması məsələsini gündəmə gətirir.Təəssüf ki, bu gün kolbasa istehsal edən şirkətlər nəzarətsiz qalıb.”Səhliyalı” kiçik müəssisəsinin “Halal nemət min bərəkət” markası altında istehsal etdiyi məhsulların keyfiyyət göstəriciləri həddindən artıq aşağıdır.Bundan əvvəl isə bir məqamı nəzərinizə çatdırmaq istəyirik.”Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Belə ki, dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veribr.Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır.Mətbuatdan məlum olduğu kimi,əksər hallarda firmanın istehsal etdiyi kolbasa və sosiskalar istehlakçıların ürəyincə olmur.Bunun bir sıra səbəbləri var.Belə ki, dəfələrlə şirkətin istehsalı olan kolbasa və sosiskaların içərisindən qurd,siçan nəcisi yaxud digər həşəratlar çıxıb.”Səhliyalı” kiçik müəssisəsi məhsullarının satılmadığını görüb reklamlara əl atıb.Reklamlar vasitəsilə məhsullarını o qədər tərifləyirlər ki,gəl -görəsən. Lakin bilən-bilir ki, məhsulu təriflədilərsə bilin ki o məhsul zaydır. Çünki bizdə keyfiyyətsiz və satılmayan məhsulları reklam edərək tərifləyirlər, bundan başqa vaxtı ötmüş məhsulları endirimə qoyaraq satmağa nail olurlar. Ona görə də bəzi sahibkarlar insanların sağlamlığı bahasına pul qazanmağa çalışırlar.Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub. Standartı qısaca ifadə edək: Heyvanı kəsən şəxs müsəlman olmalıdır; Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır; Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır; Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir; Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz; “Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaradılmamalıdır. Alıcılar da nəzarət etməlidir Fikrimizcə, “Səhliyalı” kiçik müəssisəsi ilə bağlı qeyd olunan neqativ hallar dərhal araşdırılmalıdır. Əks təqdirdə, firmanın istehsal etdiyi süd və ət məhsulları xeyli insanın sağlamlığına ciddi zərbə vura bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenigundem.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 427}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22