fim.az

Nazir müavini vəzifəsindən azad edildi – İlqar Rəhimov 20 illik vəzifəsini itirdi

14-11-2018, 09:15

Nazir müavini vəzifəsindən azad edildi – İlqar Rəhimov 20 illik vəzifəsini itirdi














Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, bu ilin oktyabrın 31-də Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Mia.az xəbər verir ki, İlqar Rəhimovun işdən çıxarılması ilə bağlı sərəncam elan olunmasa da, hazırda nazirliyin saytında nazir müavinləri sırasında onun adı yoxdur. Görünən odur ki, Prezidentin sərəncamı ilə təyin olunan iki müavindən biri İ.Rəhimovun yerinə gətirilib.

Xatırladaq ki, İlqar Rəhimov 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 518}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22