fim.az

Böyük Britaniyanın məşhur hüquq firması və bankının Zamirə Hacıyeva ilə əlaqəsi olduğu üzə çıxıb

15-11-2018, 11:03

Böyük Britaniyanın məşhur hüquq firması və bankının Zamirə Hacıyeva ilə əlaqəsi olduğu üzə çıxıb















Londonun ən nüfuzlu hüquq firmalarından biri olan “Mishcon de Reya” və “Barclays Suisse”nin Zamirə Hacıyeva ilə əlaqəsinin olduğu ortaya çıxıb.

Musavat.com-un verdiyi xəbərə görə, bu barədə İngiltərənin nüfuzlu “Guardian” qəzeti məlumat yayıb.

Mischon de Reya adlı hüquq firması Zamirə Hacıyevanın Britaniyanın Virgin adalarında qeydiyyatda olan ofşor şirkətinə “Barclays Bank”ın ipotekası haqqında hüquqi məsləhətlər verib. Bu şirkət isə 2009-cu ildə 11.5 milyon funt-sterlinq dəyərində 5 otaqlı mənzil alıb. Hazırda bu şirkət Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi tərəfindən araşdırma altındadır.

“Mishcon de Reya” və “Barclays Suisse” bu məsələ haqqında hər hansı bir açıqlama verə bilməyəcəklərini qeyd ediblər.

Xatırladaq ki, keçmiş dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşı on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib. Britaniyada məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib.

55 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 403}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22