fim.az

Bakı Şəhər İcra Hakimiyyətində üç vəzifəli şəxs işdən çıxarıldı

27-12-2018, 11:00

Bakı Şəhər İcra Hakimiyyətində üç vəzifəli şəxs işdən çıxarıldı
















Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.
Report xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.

İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 487}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22