fim.az

Ramil Usubovdan mühüm əmr: İki generalın yerini dəyişdi

15-01-2019, 11:05

Ramil Usubovdan mühüm əmr: İki generalın yerini dəyişdi














Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Unikal.org xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Qeyd edək ki, S. Bağırov daha əvvəl də DİN-in Çevik Polis Alayının komandiri işləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22