fim.az

İrakli Kobaxidze: Azərbaycan ilə münasibətlərə böyük önəm veririk

5-02-2019, 17:27

İrakli Kobaxidze: Azərbaycan ilə münasibətlərə böyük önəm veririk
Axalkalaki rayonunun Bugaşen kəndində erməni hərbçiyə qoyulmuş abidə ilə bağlı məsələ Gürcüstanda hakim partiyada da ciddi müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze parlamentin yaz sessiyasının fevralın 5-də keçirilmiş ilk iclasında söyləyib. Sədr bildirib ki, məsələ ətrafında ciddi müzakirələr gedir. Gələcəkdə bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün müəyyən tədbirlər görüləcək.

“Bizim Azərbaycan ilə çox yaxşı əlaqələrimiz var. Biz Azərbaycan ilə münasibətlərə böyük önəm veririk. Biz Azərbaycan dövləti, eləcə də digər qonşu ölkələrlə münasibətlərə xüsusi diqqət yetiririk. Azərbaycan ilə münasibətlərin korlanmasına imkan verə bilmərik. Məsələ Azərbaycan tərəfi ilə ətraflı müzakirə olunacaq. Azərbaycan tərəfi ilə həll oluna bilməyən məsələmiz yoxdur”, - deyə İ.Kobaxidze vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 248}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22