fim.az

"Sərdar Cəlaloğlu kimi "tupoy" adamlara baş qoşmağın mənası yoxdur" — Ağacan Abıyev Cəlaloğlunu "şpion" ADLANDIRDI

18-02-2019, 13:31

"Sərdar Cəlaloğlu kimi "tupoy" adamlara baş qoşmağın mənası yoxdur" — Ağacan Abıyev Cəlaloğlunu "şpion" ADLANDIRDI
















Milli Məclisin İntizam Komissiyasının sədri, 81 yaşlı deputat Ağacan Abıyev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ölkə Prezidenti haqqında ağılverici fikirlər səsləndirməsinə sərt reaksiya verib.
Ağacan Abıyev "Ölkə.Az"a açıqlamasında Sərdar Cəlaloğlunu "şpion" adlandırıb:

"Sərdar Cəlaloğlu hansı ixtiyarla cənab Prezidentə ağıl öyrətməyə çalışır? O belə ağıllıdırsa, gedib özünü qaydaya salsın. Əvvəlcə gedib öz ağılını düzəlt. Bu adamlar ağa qara deyirsə, onlara nə demək olar? Mən bütün MDB ölkələrində olmuşam, həmin ölkələrdəki iqtisadi inkişafla Azərbaycandakı inkişafın fərqlərini gözəl bilirəm. Sərdar müsahibəsində Azərbaycanı Qırğızıstanla müqayisə edir. Halbuki, mən Orta Asiya ölkələrindən olan insanlarla görüşəndə onlar Azərbaycanın inkişafına həsəd apardıqlarını deyirlər. Görünür, Sərdar Cəlaloğlunun ağılı yerində deyil".
Deputat bildirib ki, Azərbaycanda olan sağlam və şəffaf sistem dünyanın bir çox ölkələrində yoxdur:

"Əgər Azərbaycanda bu qədər inkişaf gedibsə, deməli sistem düzgün qurulub. Heç kəs Prezidentə ağıl öyrətməyə çalışmasın! Dünyanın aparıcı reytinqlərində Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin müsbət olmasından bəhs edilir. Azərbaycanın əldə etdiyi uğurlar mütəmadi olaraq beynəlxalq hesabatlarda əks olunur. İndi bu qədər mötəbər mənbələri kənara atıb hansısa ağılsız adamlara inanmalıyıq? Sərdar Cəlaloğlu, çox atlanıb düşmə! Azərbaycan xalqı səni də, qardaşın Qurban Məmmədovu da çox yaxşı tanıyır. Sizin üçün Vətən anlayışı ancaq qarğa kimi qırıldamaqdır. İndi normal başa düşmürsənsə, cəhənnəmə başa düş! Get faydalı işlərlə məşğul ol. Ümumiyyətlə, belə "tupoy" adamlara baş qoşmağın mənası yoxdur. Nə siyasətçi kimi siyasətçilik, nə də həkim kimi həkimlik etmir. Allah bu adama ağıl versin. Belələrinə ancaq düşmən demək olar. Çünki onların hərəkətlərini ancaq düşmən edə bilər".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 394}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22