fim.az

Bu mənzillər bahalaşacaq

20-02-2019, 10:52

Bu mənzillər bahalaşacaq
Bakı şəhərində yeni tikililərin istismara qəbulu və onların bütün kommunal xidmətlərlə təmin edilməsi həmin binalarda şəraitin qaydaya düşməsi və mənzillərin qiymətinin artması ilə nəticələnəcək.

Bu barədə fed.az-a "VECON" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib. Onun sözlərinə görə, istismara verilən binaların qiymətində yerindən və səviyyəsindən asılı olaraq 5-10% artım ola bilər: "Məsələn, "Həzi Aslanov" metrosu ətrafında istismara verilən binalarda mənzillərin kvadratmetri 1200 manat olduğu halda, istismara verilməyən binalarda mənzillərin kvadratmetri bundan təqribən 100 manat aşağıdır.

V.Oruc bildirib ki, binaların istismara verilməsi prosesinin sürətlənməsi haqqında fərman Bakının mənzil bazarının genişlənməsinə, alqı-satqıların artmasına və ümumilikdə daşınmaz əmlak bazarının canlanmasına səbəb olacaq: "Bu qərar mənzil almaq istəyənlərin seçiminin artmasına və qiymətlərdəki xaotikliyin qarşısının alınmasına da imkan verəcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 356}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22