fim.az

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib — FOTO

22-11-2019, 22:31

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib — FOTO


Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.
Oxu.az bildirir ki, Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.

Putin bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb:

“Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.
Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.

Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib — FOTO
Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib — FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 366}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22