fim.az

İlham Əliyev iki general-mayora yeni vəzifə verdi — FOTO

19-12-2019, 16:29

İlham Əliyev iki general-mayora yeni vəzifə verdi — FOTO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.
Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, dekabrın 19-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib.

Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 394}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22