fim.az

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar

4-02-2020, 15:20

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırıb.

Deputatlığa namizəd yerdə qalan bir neçə gün ərzində seçki qərargahında vətəndaşlarla fərdi formada görüşlər keçirəcək.

Belə ki, kəndlərdəki görüşlər zamanı ayrı-ayrı müraciətlər Çingiz Qənizadə tərəfindən dinlənilib. O, müraciətlərlə bağlı ətraflı məlumat almaq, yaxud da ətraflı məsləhətlər vermək üçün həmin şəxsləri seçki qərargahına görüşə dəvət edərək onlarla fərdi qaydada görüşlərini həyata keçirir.

Görüşlər zamanı insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Eyni zamanda, vətəndaşların məhkəmə, istintaq və digər orqanlarda olan işləri ilə bağlı seçicilərə müdafiə hüququnun təmin edilməsi üçün müəyyən istiqamətdə məsləhətlər verilir.

Məlumat üçün bildirək ki, Çingiz Qənizadənin fərdi görüşləri növbəti günlərdə də davam etdiriləcək.

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 449}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22