fim.az

Ankara və Roma Azərbaycanın işğal olunmuş ərazilərində əks-hücum əməliyyatlarını müzakirə ediblər - VİDEO

9-10-2020, 17:04

Ankara və Roma Azərbaycanın işğal olunmuş ərazilərində əks-hücum əməliyyatlarını müzakirə ediblər - VİDEO
Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar italiyalı həmkarı Lorenzo Querini ilə Azərbaycanın işğal olunmuş ərazisində əks-hücum əməliyyatları barədə fikir mübadiləsi aparıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

“Nazir Hülusi Akar və italiyalı həmkarı Querini ikitərəfli və regional hərbi və təhlükəsizlik məsələlərindən əlavə Liviya və Şərqi Aralıq dəniz bölgəsində son hadisələr, Azəbaycanın işğal olunmuş torpaqlarında əks-hücum əməliyyatı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələri barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.

Bakan Hulusi Akar ve İtalyan mevkidaşı Guerini; ikili ve bölgesel askeri ve güvenlik konularının yanı sıra Libya ve Doğu Akdeniz’deki son gelişmeler, Azerbaycan’ın işgal altındaki topraklarına yönelik harekâtı ile savunma sanayi iş birliği konularında görüş alışverişinde bulundu. pic.twitter.com/mwR31bStaP

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 9, 2020
Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında görüşlə bağlı yayımlanan açıqlamada isə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müzakirələr zamanı atəşkəsin, həmçinin regionda sülh və asayişin bərqərar olması üçün Ermənistana verilən dəstəklərin kəsilməsi və Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsinin vacibliyi vurğulanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 362}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22