fim.az

Şair Alxasov üçün HƏBS YOLU... - İDDİA

5-04-2021, 15:19

Şair Alxasov üçün HƏBS YOLU... - İDDİA


"Son günlər barəsində neqativ informasiyaların sayı artan Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad ediləcək, hətta onun həbsi belə mümkündür". Bu barədə DİA.AZ-a məlumatlı mənbədən xəbər verilib.

Mənbə iddia edir ki, təkcə Şair Alxasov yox, eyni zamanda ilkin olaraq 3 rayonun da rəhbəri görəvdən alınacaq. Dia.az-a bildirilənlər:

"Şair Alxasov ən şox şikayət olunan icra başçıları siyahısında ilk yerdə gəlir. Onun qərarı bu həftə veriləcək. Onunla yanaşı Astara, Quba və Yardımlı rayonlarının da rəhbərləri ilə bağlı qərar bu həftə elan oluna bilər, Şair Alxasovun özünə gəlincə isə ən ağır durumda olanı odur və onunla bağlı hüquqi işləmlər də aparıla bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 411}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22