fim.az

Diqqətli, səbrli, cəsur, Vətən aşiqi – Azərbaycan polisi

2-07-2021, 10:59

Diqqətli, səbrli, cəsur, Vətən aşiqi – Azərbaycan polisi






Çevik Polis Alayının komandiri Səhlab Bağırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Səhlab Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Səhlab Bağırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov - 2 iyul Azərbaycan Polisi Günüdür. Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradıldığı bu gün 103 ildir tarixə işıq salır.

Azərbaycan polisi barəsində nə qədər xoş söz desək, azdır. Əlbəttə bu şərəfli vəzifəni daşıyanlar bəzən haqsız tənqidlərlə üzləşirlər. Ancaq onlar dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi, azadlığı uğrunda gedən döyüşlərdə nə qədər cəsarət, səbr, inam, sevgi göstərə bilirlərsə, elə bir o qədər də bütün vətəndaşları anlayışla, hörmətlə, məhəbbətlə qarşılayır, ictimaiyyətin daha xoşbəxt yaşaması üçün canlarından keçməyə hazır olduqlarını təvazökarcasına göstərməyi bacarırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti daim təkmilləşən, xidməti vəzifələri səmərəli yerinə yetirmək üçün bütün lazımi şəraitə, müasir maddi-texniki bazaya və infrastruktura malik polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə, asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Vətən müharibəsi günlərində hərbi vəziyyətin təmini vəzifələrini də layiqincə yerinə yetirmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə önəmli xidmətini, həmçinin xüsusi karantin rejiminə nəzarət funksiyalarını əzmlə həyata keçirir.

Xidmətdə fərqlənən əməkdaşların möhtərəm Prezident tərəfindən dövlət mükafatlarına layiq görülməsi Zati-alilərinin bütövlükdə Azərbaycan polisinin əməyinə verdiyi böyük dəyərin əyani ifadəsidir.

Bundan sonra da sabitliyin və təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaq, peşəkarlığınız, xalqa və Vətənə sədaqətli xidmətinizlə yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.

Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Sizi, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 357}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22