fim.az

Şər və Böhtan yazanlara Tutarlı cavab

24-02-2024, 12:53

Şər və Böhtan yazanlara Tutarlı cavab


Bəzi internet saytlarında Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Taleh Qaraşov rayonda kortejlə gəzir - DƏLİXANADIR, VALLAH... başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Məsələ ilə bağlı Lənkəran icra hakimiyyəti açıqlama verdi

Bu gün səhər saatlarında Afn.az saytında “Taleh Qaraşov rayonda kortejlə gəzir” başlığı altında yazı dərc olunmuşdu. Həmin yazı ölkə mətbuatının bir çox saytlarında istinadla yayımlanmışdı. Məsələ ilə bağlı Lənkəran şəhər icra hakimiyyəti öz mövqeyini bildirib. Saytımızın elektron poçtuna göndərilən açıqlamanı olduğu kimi dərc edirik.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının rayon ərazisində kortejlə gəzməsi barədə “jurnalist”lərdən birinin səsləndirdiyi fikirlər və iddialar tamamilə cəfəngiyatdır. Təqdim olunan video görüntülər ictimaiyyət arasında süni şəkildə dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edir.
Bildiririk ki, ŞİH başçısının yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullara bir qayda olaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri birgə qatılırlar. Belə tədbirlərdən biri də fevral ayının 21-də “Ay lolo” şadlıq sarayında Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirilib. Təqdim olunan görüntülərdən də diqqətli oxucu aydın müşahidə edir ki, icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri öz xidməti avtomobillərində hərəkət edərək səyyar görüş-qəbula qatılırlar. İddia olunduğu kimi icra başçısının kortejlə gəzməsi tamamilə absurddur, qərəz, böhtan xarakteri daşıyan və ictimaiyyət arasında narazılığın yaradılmasına xidmət edən əsassız məlumatdır.
Bir daha media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini əsası olmayan, şəxsi təxəyyüllərinin məhsulu olan informasiyaları “həqiqət” kimi təqdim etməklə ictimaiyyət arasında çaşqınlıq və narazılıq yaratmamağa dəvət edirik. Lənkəran ŞİH hər zaman mediaya açıqdır və istənilən informasiyanın dəqiqləşdirilməsində maraqlıdır.
Xatırladırıq ki, əsası olmayan, böhtan və ictimaiyyət arasında dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edən informasiyaların, fikirlərin dövrüyyəyə buraxılması qanunvericiliklə hüquqi məsuliyyət yaradır, eyni zamanda, dövlət vəzifəli şəxs bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək hüququna sahibdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22