20.01.2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edib.
Fim.az xəbər verir ki, vətənimizin azadlığı uğrunda canlarını qəhrəmancasına fəda edən şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
