fim.az

Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirildi

5-08-2018, 13:05

Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirildi














Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri "Air France" aviaşirkətinin "1144" saylı reysi ilə Moskvaya gətirilib.

Milli.Az xəbər verir ki, "FlightAware" onlayn portalının məlumatına görə, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 413}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22