fim.az

Şəkidə yaşlı kişini maşın vurub

29-10-2018, 10:00

Şəkidə yaşlı kişini maşın vurub















Ötən gün axşam saatlarında Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadən xəbər verir ki, rayonun 1964-cü il təvəllüdlü Qoxmuq kənd sakini Çəbiyev Rövşən Vahid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 54 yaşlı R.Çəbiyevin rayonun Baltalı kənd inzibati ərazisində avtomobillə vurularaq ağır xəsarətlər aldığı məlum olub. Ona qapalı kəllə-beyin travması, hər iki aşağı ətrafın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı və bədənin çoxsaylı əziyi xəsarətləri dioqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Quba rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 423}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22