fim.az

Tovuzda ağır qəza — Yük və minik avtomobilləri toqquşdu

22-10-2018, 10:03

Tovuzda ağır qəza — Yük və minik avtomobilləri toqquşdu














Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report verdiyi məlumatına görə, rayonun Aşağı Öysüzlü kəndində yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Zaqatalada minik avtomobili aşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 424}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22