fim.az

Bakıdakı dəhşətli qəzada xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib

26-10-2018, 11:49

Bakıdakı dəhşətli qəzada xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib
















“Əməliyyat zamanı xəstənin dalağı çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı”

Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a 3 saylı Şəhər Kliniki Xəstəxanadan məlumat verilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan Əzimov Məmməd Sabir oğlu əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstə xəstəxanaya qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunub.

“Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin yaxınlarının istəyi ilə o, “City Hospital”a köçürülüb” – deyə xəstəxanadan bildirilib.

Xatırladaq ki, oktyabrın 1-də Binə-Qala şosesinin 34-cü kilometrliyində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu, Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi.

Beləliklə, dünyasını dəyişənlərin sayı 3 nəfərə çatıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 374}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22