fim.az

Hərbçilər müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var

30-10-2018, 11:05

Hərbçilər müsəlman nümayişçilərə atəş açıblar, ölənlər var
















Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən “Reuters” məlumat yayıb.

Bildirilir ki, “Nigeriya İslam Hərəkatı”nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.

Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.

Eyni zamanda IMN nümayəndələri AFP-yə atəş nəticəsində ölənlərin olduğunu bildiriblər.

“Dəqiq ölənlər var. Biz yürüşə silah götürmürük, yolları bağlamırıq…təhlükəsizlik xidmətinin döyüşçüləri bizim qanımızı tökmək qərarına gəldilər”, – deyə hərəkatın rəsmi nümayəndəsi İbrahim Musa vəziyyəti agentliyə şərh edib.

Bundan əvvəl Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 380}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22