fim.az

Bakıda daha bir avtobus qəzası – Yaralılar var

22-11-2018, 11:33

Bakıda daha bir avtobus qəzası – Yaralılar var















Bakıda marşrut avtobusu qəza törədib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Nardaran qəsəbə sakini Elçin Quliyevin idarə etdiyi “Saipa” markalı, 99 GE 186 dövlət qeydiyyat nişanlı avtomobil, Maştağa qəsəbə sakini Hüseynəli Quliyevin idarə etdiyi “İsuzu” markalı 90 RU 295 nömrəli dövlət qeydiyyat nişanlı, 168 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində marşrutun sürücüsü və avtobusda olan sərnişinlər – 1991-ci il təvəllüdlü Fatma Hafizova, 1987-ci il təvəllüdlü Çinarə Aslanova, minik avtomobilin sürücüsü və maşınla olan sərnişinlər – 1976-cı il təvəllüdlü Xuraman Rzayeva, 2009-cü il təvəllüdlü Elxan Aslanzadə, qardaşı – 1991-ci il təvəllüdlü Allahverdi Aslanzadə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 455}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22