fim.az

Bakıda daha bir hamam faciəsi – Qadının meyiti tapıldı

29-11-2018, 13:12

Bakıda daha bir hamam faciəsi – Qadının meyiti tapıldı

















Bakıda qadın dəm qazından boğularaq ölüb.

Nizami rayonu Keşlə qəsəbəsi, Y.ASəfərov küçəsində yaşayan 1951-ci il təvəllüdlü Əmirova Aybəniz Qurban qızının yaşadığı mənzilin hamam otağından meyiti tapılıb.

Ailə üzvləri onun hamamdan çıxmadığını görərək qapını açıblar və dəhşətli mənzərə ilə qarşılaşıblar.

Məlum olub ki, A.Əmirova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı artıb.(Publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 452}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22