fim.az

Uşaq bağçasında yanğın olub, xəsarət alan var

21-12-2018, 10:17

Uşaq bağçasında yanğın olub, xəsarət alan var
















Qazax şəhərində yanğın hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb.

Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qubada məktəb binasında yanğın olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 423}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22