fim.az

Ərindən 5 gün sonra o da intihar etdi — Qubada ailə faciəsi

4-01-2019, 15:51

Ərindən 5 gün sonra o da intihar etdi — Qubada ailə faciəsi
















Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.
Publika.az verdiyi məlumata görə, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.
Bildirilir ki, ailədə ciddi problemlər olub. Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 437}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22