» » Kamil Zeynallı apellyasiya şikayəti verdi

Kamil Zeynallı apellyasiya şikayəti verdi

Kamil Zeynallı apellyasiya şikayəti verdi















Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib.
Report xəbər verir ki, bu barədə onun vəkili Aygül Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik".
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət