fim.az

Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırı – Azərbaycanda ŞOK HADİSƏ

28-06-2019, 09:38

Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırı – Azərbaycanda ŞOK HADİSƏ

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

APA xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 365}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22