fim.az

Bakıda 17 yaşlı oğlan 12 gündür ki, itkindir - Foto

20-08-2019, 11:21

Bakıda 17 yaşlı oğlan 12 gündür ki, itkindir - Foto

Ata 12 gündür ki, 17 yaşlı oğlunu axtarır.

“Qafqazinfo”ya müraciət edən Şahin Rəhimov bildirib ki, oğlu Samir Rəhimzadə avqustun 8-i axşam radələrində evdən çıxıb və bir daha qayıtmayıb:

“Sabunçu qəsəbəsində yaşayırıq. İyulun 23-ü 17 yaşı tamam olub. Evdən getdiyi gün anası 5 manat pul vermişdi ki, bərbərdə saçını düzəltdirsin. Əvvəllər də olub ki, əlinə 5-10 manat düşəndə axşamlar gedib səhər gəlirdi. Deyirdi internet klubda olub. Bu dəfə qayıtmadı”.

Ş. Rəhimovun sözlərinə görə, oğlu evdən gedən zaman əynində cins şalvar, hərbi yaşılı rəngi kofta olub:

“Şəxsiyyət vəsiqəsi evdədir. Yanına bircə telefonunu götürüb, onda da nömrəsi yoxdur. Qapalı uşaq idi, son bir ildə hamıdan uzaqlaşmışdı. Son 3-4 ayda isə evdən bayıra çıxmırdı. Yaşı az olsa da, 1.80 boyu var, sağlam, yaraşıqlı uşaq idi. Qardaşlarına da heç nə deməyib. Neçə gündür gecələr parklarda skamyalara, internet klublara baxırıq ki, bəlkə oradadır. Xətrinə də dəyən olmayıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 304}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22