fim.az

FHN-nin əməkdaşını bıçaqlayan şəxs HAKİM QARŞISINDA

16-10-2019, 11:17

FHN-nin əməkdaşını bıçaqlayan şəxs HAKİM QARŞISINDA

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Kənan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Fövqaladə Hallar Nazirliyinin kiçik giziri 25 yaşlı İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kənan Tağıyev saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 371}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22