fim.az

Mübariz Mənsimovun meneceri də həbs edildi

16-03-2020, 12:19

Mübariz Mənsimovun meneceri də həbs edildi


Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.

Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu müəyyən edilib.

Onun FETÖ-nün Rusiya imamı olan və haqqında həbs qərarı çıxarılan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsi olduğu, Vuralın Mənsimovun şirkətinə mütəmadi olaraq gəldiyi, Vuralın şirkətə gəlməsi ilə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə etməsi bəlli olub. Həmçinin, Mənsimov və Ahmet Hamdi Vuralın birlikdə səyahətlər etdiyi də üzə çıxıb.

Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.

İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib. /Yeni Sabah/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 276}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22