fim.az

Goranboy polisindən əməliyyat: Həbs olunanlar var

17-12-2020, 11:34

Goranboy polisindən əməliyyat: Həbs olunanlar var


Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.

Həmin şəxslərdən altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər altı nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22