fim.az

Oğurluq Hikmət Mirzəyevin yox, qohumunun evindən olub

13-12-2021, 09:26

Oğurluq Hikmət Mirzəyevin yox, qohumunun evindən olub


Dünən mediada və sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, oğurluq faktı H.Mirzəyevin yox, onun yaxın qohumlarındna birinin evindən baş verib.

Hazırda həmin faktla bağlı bu istiqamətdə araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, evdən külli miqdarda oğurluq edildiyi bildirilir.

Xatırladaq ki, H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı informasiya yayıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi açıqlama verərək məlumatı təkzib etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 234}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22