fim.az

Qarabağdakı erməni silahlı dəstəsi kütləvi şəkildə fərarilik edib

11-01-2022, 10:48

Qarabağdakı erməni silahlı dəstəsi kütləvi şəkildə fərarilik edib


Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq və narazılıq halları artmaqdadır. “Könüllülər” fürsət düşdükcə ailələrini də götürüb Ermənistana köçürlər.

Ağdərə ərazisindəki mənbələrdən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib. Qarabağ sakini olan 30-dan çox erməni evlərinə buraxılmamasından hiddətlənərək silahlı dəstəni tərk edərək evlərinə gedib.

Mənbənin məlumatında, həmçinin bildirilib ki, qanunsuz dəstənin əvvəlcədən razılığa gələn üzvləri təhkim olunduqları əraziyə taksilər və avtomobili olan qohumlarını çağırıblar. Qanunsuz silahlı dəstənin “komandiri və müavinləri” insidentlə bağlı dindirilmək üçün prokurorluğa çağırılıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 255}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22