fim.az

Hərbçimiz Şuşada həlak oldu

4-03-2022, 10:04

Hərbçimiz Şuşada həlak oldu


Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Tovuz rayonu Aşağı Quşçu kəndindən olan Kazımov Vüsal Vüqar oğlu Şuşada hərbi maşının aşması nəticəsində həlak olub.

Bu barədə “Qafqazinfo”ya Tovuz Rayon Hərbi Komissarlığından məlumat verilib.

Bildirilib ki, 2000-ci il təvəllüdlü Vüsal Kazımovun nəşi Bakının Nəsimi rayonunda yaşayan ailəsinə təhvil verilib. O, bu gün Nəsimi rayonunda torpağa tapşırılacaq.

V. Kazımovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olduğu bildirilir.

***

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, qəza martın 3-ü baş verib: “Hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hərbçimiz Şuşada həlak olduHərbçimiz Şuşada həlak olduHərbçimiz Şuşada həlak olduHərbçimiz Şuşada həlak oldu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 233}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22