fim.az

2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu

31-08-2018, 12:45

2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu
















Avqustun 30-da UEFA Çempionlar Liqasının püşkatma mərasimindən sonra ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
UEFA bu nominasiya üzrə qalib olaraq Xorvatiya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçi seçib.

Ən yaxşı qapıçı adına İspaniyanın “Real Madrid” klubunda çıxış edən Keylor Navas layiq görülüb.
Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi adına sahib olub. Ötən mövsüm “Real Madrid”in formasını geyən, yeni mövsümdən isə “Yuventus”a keçid edən Kriştiano Ronaldo ən yaxşı hücumçu nominasiyasında qalib elan ediliblər.

Qadın futbolçular arasında ən yaxşı oyunçu nominasiyasının qalibi isə Danimarka millisinin və Almaniyanın “Volfsburq” komandasının üzvü Pernille Harder seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 530}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22