fim.az

Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək

23-10-2018, 10:48

Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək
















Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Günün mərkəzi matçı İngiltərədə təşkil olunacaq. “Mançester Yunayted” İtaliya “Yuventus”u ilə üz-üzə gələcək. “Qırmızı şeytanlar”ın heyətində Maruan Fellayni, Skott Maktominey və Markus Raşfordun bu görüşdə iştirakı sual altındadır. Turin təmsilçisində isə Sami Xediranın meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Günün digər oyununda turnirin son qalibi “Real Madrid” Çexiyanın Viktoriya” komandasını sınağa çəkəcək. Həm ÇL-də, həm də La Liqanın son turunda uduzan “kral klubu” “qara zolaq”dan çıxmağa çalışacaq. Meydan sahiblərinin heyətində Daniel Karvahal zədə səbəbindən bu görüşü buraxacaq. Qonaqlarda isə Yan Kopiç, Yan Kovarjik və Daniel Kolarj zədəlidir.

Çempionlar Liqası, III tur

23 oktyabr

E qrupu

20:55. AEK (Afina, Yunanıstan) – “Bavariya” (Almaniya)

23:00. “Ayaks”(Hollandiya) – “Benfika” (Portuqaliya)

Xal durumu: “Ayaks” – 4, “Bavariya” – 4, “Benfika” – 3, AEK – 0.

F qrupu

23:00. “Hoffenhaym” (Almaniya) – “Lion” (Fransa)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Mançester Siti” (İngiltərə)

Xal durumu: “Lion” – 4, “Mançester Siti” – 3, “Şaxtyor” – 2, “Hoffenhaym” – 1

G qrupu

23:00. “Real Madrid” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “Roma” (İtaliya) – MOİK (Moskva, Rusiya)

Xal durumu: MOİK – 4, “Roma” – 3, “Real Madrid” – 3, “Viktoriya” – 1.

H qrupu

20.55 “Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya)

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya)

Xal durumu: “Yuventus” – 6, “Mançester Yunayted” – 4, “Valensiya” – 1, “Yanq Boyz” – 0.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 489}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22