fim.az

“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili – Foto

22-07-2019, 09:15

“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili – Foto

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

“Qafqazinfo” xəbər verir ki, o, yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni “oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə “Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət nömrə nişanını “Nissan GT-R”ə daşıyıb.
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili – Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 311}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22