fim.az

Mahir ona gələn təkliflərdən danışdı

9-08-2019, 10:07

Mahir ona gələn təkliflərdən danışdı

“Təkliflər var. Bunu danmaq istəmirəm. Amma indiki halda diqqətimi sırf buna yönəltmək fikrində deyiləm. Çünki bütün düşüncələrim hazırkı klubumdakı oyunlarla bağlıdır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ” futbolçusu Mahir Emreli deyib. Futbolçu “Deportivo”, “Malaga”, Almeira” və “Trabzonspor”un onunla maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib:

“Qarabağ”la müqaviləm davam edir. Qurban Qurbanovla da bu barədə heç bir danışığım olmayıb. Bizi Çempionlar Liqasında vacib oyun gözləyir. İndi sadəcə həmin matçı fikirləşirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 304}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22