fim.az

“Qalatasaray” Falcaonu açıqladı

2-09-2019, 09:41

“Qalatasaray” Falcaonu açıqladı

“Monako”dan transfer edilən forvard 3+1 şərtilə müqavilə imzalayacaq…

Türkiyənin “Qalatasaray” klubu növbəti transferini həyata keçirib.

İnterAz-ın məlumatına görə, İstanbul təmsilçisi müəyyən müddətdir danışıq apardığı Radamel Falkao ilə razılıq əldə edib.

33 yaşlı kolumbiyalı hücumçunun sentyabrın 1-də Türkiyəyə gələcəyi bildirilir. “Monako”dan transfer edilən forvard 3+1 şərtilə müqavilə imzalayacaq.

Onun “sarı-qırmızılar”da qazancı hələlik açıqlanmayıb.

Qeyd edək ki, R. Falkao “Mançester Yunayted”, “Çelsi”, “Portu”, “Olimpiakos” və “Atletiko” kimi klubların da şərəfini qoruyub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 346}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22