fim.az

APOEL-in futbolçusu: “Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq”

25-10-2019, 10:50

APOEL-in futbolçusu: “Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq”

“Qrupdan çıxmaq baxımından önəmli nəticədir. Qarşıda daha 3 oyunumuz var. Növbəti mərhələyə yüksəlmək istəyirik”.

“Report” xəbər verir ki, bunu APOEL-in futbolçusu Vuros Praksitelis UEFA Avropa Liqasının qrup mərhələsinin III turundan Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra deyib.

24 yaşlı müdafiəçi Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubirlə qarşıdurmasında da danışıb: “Hesabda geri düşsək də, mentalitet göstərdik və önə keçməyi bacardıq. Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq. Meydanda mütləq qarşıdurmalar olacaq. Zubirə gəlincə, komandama ən yaxşısını vermək istəyirəm. Heç-heçənin yeni bir başlanğıc olduğunu deyə bilmərik. Çünki komandamız həmişə qələbə üçün oynayır. Bu nəticə çempionatdakı növbəti görüşdən başlayaraq uğurlu çıxış etməyimiz üçün əsas ola bilər”.

Qeyd edək ki, İspaniya təmsilçisi “Sevilya” 3 turdan sonra 9 xalla A qrupunun lideridir. “Qarabağ” 4 xalla 2-ci, Lüksemburq “Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncu yerdədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 57}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22