fim.az

Azərbaycandan Avropaya yeni reyslər açılır

6-10-2018, 11:24

Azərbaycandan Avropaya yeni reyslər açılır
















"Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq"
Bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O bildirib ki, bununla bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir.

"Hindistan istiqamətində reyslərin açılması gözlənilir. Qərbi və Mərkəzi Avropa ölkələrinə - İsveçrə, Almaniya, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Əsas məqsəd Azərbaycanı bu ölkələrə daha yaxın etmək və həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlarla turistlərin gəlməsini təmin etməkdir. Azərbaycan turizmi üçün yeni bazarlar açılır, yəni həmin istiqamətlərdən insanlar bura cəlb edilir".
Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını deyən K.Quluzadə qeyd edib ki, bu istiqamətlərdə ilin sonundan başlayaraq Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq.

"İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlərlə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb, Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 360}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22