fim.az

“ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır

25-10-2018, 10:03

“ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır














Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır.

“Report” xəbər verir ki, 2019-cu ilin büdcəsindən Dövlət Agentliyinə 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 443}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22