fim.az

Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTOLAR

22-11-2018, 10:10

Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTOLAR














Bakı şəhərinin Yasamal rayonu ərazisində - “Sovetski” kimi tanınan yaşayış massivinin sökülmüş hissəsində yenidənqurma işləri sürətlə davam etdirilir.

Füzuli küçəsi, həm də Nərimanov prospekti istiqamətində sökülmüş ərazidə nəhəng park kompleksi salınır. Yeni istirahət zonası Qış parkının davamı olaraq Bakı sakinlərinin istifadəsində olacaq.

Artıq bir neçə hektarlıq ərazidə çoxillik ağaclar əkilib, böyük bir hissədə landşaft işləri görülüb. Həmçinin parkın Füzuli küçəsinin üzərindən keçən hissəsindən insanların rahat hərəkətini təmin etmək üçün ikinci mərtəbə - körpü tikilib. Bu körpü vasitəsi ilə insanlar park ərazisini tərk etmədən, istirahət mühitində yolun əks tərəfindəki hissəyə rahat keçə biləcəklər.

Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTOLARBakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 585}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22