fim.az

Moskvanın beynəlxalq hava limanında ermənilərin "Qarabağ" adı altında spirtli içkiləri satılır — FOTOLAR

28-11-2018, 11:25

Moskvanın beynəlxalq hava limanında ermənilərin "Qarabağ" adı altında spirtli içkiləri satılır — FOTOLAR
















Moskva şəhərinin Domodedovo beynəlxalq hava limanında üzərində istehsal yeri kimi Xankəndi göstərilən "Qarabağ" adı altında spirtli içkilər satılır.
Ölkə.Az" xəbər verir ki, sözügedən spirtli içkilərin üzərində Xankəndi Konyak Zavodu tərəfindən istehsal edilməsi barədə etiket də yapışdırılıb.

Sözügedən hava limanında bu içkilərin satılan zamanı fotoları da çəkilib.
Qeyd etmək lazımdır ki, Rusiya hökumətinin bu cür hallara göz yumması bu ölkənin Azərbaycanla mövcud olan münasibətlərinin inkişafına mənfi təsir edən amildir. Çünki Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda sözügedən məhsullar da "Qarabağ" adı altında Rusiya bazarında satışa çıxarılır. Ümid edirik ki, Azərbaycanın Rusiyadakı Səfirliyi sözügedən faktların araşdırılması istiqamətində müvafiq addımlar atacaq.

Moskvanın beynəlxalq hava limanında ermənilərin "Qarabağ" adı altında spirtli içkiləri satılır — FOTOLARMoskvanın beynəlxalq hava limanında ermənilərin "Qarabağ" adı altında spirtli içkiləri satılır — FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 412}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22