fim.az

Bu il dünyanın ən uzun avtomobil körpüsü istifadəyə veriləcək

6-01-2019, 13:24

Bu il dünyanın ən uzun avtomobil körpüsü istifadəyə veriləcək














Küveytdə dünyada ən uzun avtomobil körpüsünün inşası davam edir.

Oxu.Az xəbər verir ki, körpünün (48,5 km) tikintisi 2019-cu ildə yekunlaşacaq.

Şeyx Cabir adına körpünün inşası Koreyanın “Hyundai” korporasiyası ilə 2,6 milyard dollar dəyərində müqavilənin imzalanmasından 6 il sonra – aprel ayında başa çatacaq.

Küveytin şəhər aqlomerasiyası ilə qarşıdakı Küveyt buxtasını birləşdirəcək körpü müvafiq olaraq 36,1 və 12,4 km uzunluqlara malik iki hissədən ibarət olacaq. Qeyd edək ki, buxtada Küveyt hakimiyyəti “İpək şəhəri” adlı bir neçə milyardlıq memarlıq layihəsini həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, hazırda dünyada ən uzun avtomobil körpüsü (42 km) Çinin şərqindəki Sindaoda yerləşir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 336}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22