fim.az

Azərbaycanda evdar qadınlara pul verilə bilər

22-11-2019, 13:21

Azərbaycanda evdar qadınlara pul verilə bilər


“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda 18 yaşadək uşaqlara “uşaq pulu”nun verilməsi haqda öhdəliklə bağlı sualı cavablandırarkən deyib.

O vurğulayıb ki, son 2 ildə Prezident tərəfindən sosial sahəyə xeyli vəsait ayrılıb: “Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq.

Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 58}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22