fim.az

“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı

6-08-2021, 14:16

“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı


"Zəfər yolu"nun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov açıqlama verib.

Onun sözlərinə görə, yolun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

"Hazırda bu yolda qızğın iş gedir. Artıq 8-ci aydır ki, işçilərimiz orada çalışır. İlk asfalt döşəmə işlərinə başlanılıb. 25 km-ə yaxın hissədə asfalt-beton örtüyü artıq döşənib. Sentyabrın axırı-oktrabrın əvvəlində bu yolun tamamilə asfalt örtüklə tikilməsi başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".

Qeyd dək ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir və 2 hərəkət zolaqlı olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 236}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22