fim.az

Ermənistan Naxçıvana dəmir yolunun bərpası üçün 226 milyon xərcləyə bilər

28-12-2021, 11:24

Ermənistan Naxçıvana dəmir yolunun bərpası üçün 226 milyon xərcləyə bilər


Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yayıb.

İlkin məlumata görə, yolun Mehridən keçən hissəsində işlərin həyata keçirilməsi 221 milyon dollara başa gələcək. Bu hissədə yolun uzunluğu təqribən 45 kilometr təşkil edəcək.

Bundan əlavə, dəmir yolunun Arazdəyəndən keçən hissəsində bərpa olunmasına təqribən 5 milyon dollar lazım gələcək. Burada yolun uzunluğu 1 kilometrə qədər olacaq.

Nazirlik qeyd edib ki, hesablamalar əvvəlki infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılıb, yalnız layihənin texniki-iqtisadi cəhətləri hazırlandığı halda əlavə infrastrukturun yaradılmasından və dəqiq qiymətdən danışmaq mümkün olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 227}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22